Haqqımızda

USEC.AZ

Bakıda yerləşən “Universal Solution Engineering & Consulting” MMC (USEC) fotovoltaik günəş panelləri ilə Günəş Elektrik Stansiyalarının (GES) satışını və quraşdırılmasını təmin edən şirkətdir.

“Universal Solution Engineering & Consulting” Elektrik enerjisinə ehtiyac duyulan hər sahə üçün Günəş Elektrik Stansiyalarına investisiya, texniki məsləhət, layihə dizaynı, sistem dizaynı, lisenziyalı və lisenziyasız elektrik stansiyalarının quraşdırılmasını təmin edirik. Bundan əlavə, istehsal qaydalarına uyğun olaraq planlaşdırma, layihələndirmə, tətbiq və quraşdırma sonrası texniki xidmət, təmir və servis xidmətləri göstəririk.

Elektrik enerjisindən

Elektrik enerjisindən istifadə edən bütün növ sənaye obyektlərinə, yaşayış sektoruna, elektrik avtomobilləri doldurma stansiyalarına, işıqlandırma, suvarma, təhlükəsizlik və kamera sistemlərinə alternativ GES həlləri təklif edirik. GES sistemləri dam örtüklərində, bina fasadlarında və torpaq səthində quraşdırılır.

Bu sistemlər üç növdə hazırlanır:
– Şəbəkəyə qoşulmuş (On-Grid) sistem
– Şəbəkədən kənar batareya ilə dəstəklənən (Off-Grid) sistem
– Həm enerji saxlayan, həm də şəbəkəyə enerji verən şəbəkəyə qoşulmuş (Hibrid) sistem

MİSSİYAMIZ

“Universal Solution Engineering & Consulting” MMC elektrik enerjisinə olan ehtiyacı Günəşdən qarşılayaraq gələcək nəsillərə yaşana bilən təbiət qoymağı hədəfləyir. USEC dürüst, etibarlı, prinsipial, keyfiyyətdə qənaət etməyən və müştəri məmnuniyyətini ön planda tutan bir anlayışla fəaliyyətini davam etdirir.

KEYFİYYƏT VƏ SERTİFİKAT

Türkiyədə illik istehsal gücü 40 MVt olan yüksək keyfiyyətli günəş panelləri istehsal edən strateji partnyorumuz Teknik Solar şirkətinin panellərindən istifadə edirik. Bu panellər:
CE, ISO 9001:2015, ISO 14001:2015, OHSAS 18001:2007, ISO/IEC 27001:2013, ISO 14001:2015 sertifikatlaşdırma uyğunluğu və standartlarına malikdir. Belə yüksək standart və normalarda istehsal olunan bu günəş panelləri 25 illik fəaliyyət zəmanətinə malikdir.

Whatsapp-a Keçid
Salam,Biz Buradayıq
Scan the code
Salam,Buyurun Biz Sizə Necə Kömək Edə Bilərik?