AZ | RU | EN
9% - 22.7% arasında təklif edən 320w - 470w arasında dəyişən gücə malik beş fərqli günəş paneli təklifi
25-ci ildə 92% enerji hasilatı vəd edən 25 il müddətinə zəmanət - bu, sənayedəki heç bir başqa şirkət tərəfindən uyğun gəlməyən bir təklifdir
“Universal Solution Engineering & Consalting” nəinki yüksək keyfiyyətli məhsullarla öyünür, həm də müştəri xidmətləri ilə öndədir
Azərbaycanın hər yerində günəş panellərinin, günəş elektrik stansiyalarının, günəş enerjili işıqlanma avadanlıqlarının quraşdırılmasını həyata keçiririk.
Günəş panellərindən gələn elektrik enerjisinin miqdarı bir neçə amildən asılıdır. Onlardan biri günəş panellərinin düzgün quraşdırılmasıdır.
Günəş panellərinin səmərəliliyi quraşdırma zamanı nəzərə alına bilən üç əsas amildən təsirlənir:
• İstiqamət. Günəş panelini elə istiqamətləndirmək lazımdır ki, mümkün qədər çox günəş enerjisi panelin üzərinə düşsün. Adətən panellərin optimal istiqaməti cənuba doğrudur.
• Əymə bucağı. Panelin bərabər işıqlandırılması üçün düzgün meyl bucağını seçmək lazımdır. Günəş panelinin meylinin optimal bucağı ərazinin coğrafi eninə bərabər hesab olunur (Bakı üçün bu 40-41 dərəcədir).
• Quraşdırma üçün ixtisaslı, lakin az sayda işçi kifayətdir,
• Kölgələmə. Hətta kiçik kölgələr də panelin səmərəliliyini ciddi şəkildə azalda bilər. Ona görə də günəş panellərinin quraşdırılmasını elə həyata keçirmək vacibdir ki, ona yaxınlıqdakı binalardan, ağaclardan və digər obyektlərdən kölgə düşməsin.
Bu amillərin hamısı təxminidir. Bəzi hallarda, ərazi və kölgədən asılı olaraq, panellərin istiqamətini və meylini düzəltmək lazımdır.
Lazım gələrsə, şirkətimizin mütəxəssisləri günəş batareyasının quraşdırılacağı obyektin layihədən əvvəl yoxlanılmasını həyata keçirəcək və ətraflı təsnifat hazırlayacaqlar. Həmçinin, şirkətimiz günəş panellərinin quraşdırılması üzrə baş podratçı kimi çıxış edə bilər ki, bu da düzgün işin və avadanlıqların optimal səmərəliliyinin açarıdır.
Bu necə baş verir:
1. Şirkətimizin mütəxəssisləri ilə birlikdə Sizə lazım olan avadanlığın seçiminə qərar verirsiniz.
2. Quraşdırma şöbəsinin əməkdaşı avadanlıqların quraşdırılması üsullarını, vaxtını və dəyərini müəyyən etmək üçün sizinlə əlaqə saxlayacaq. (avadanlığın quraşdırılmasının orta qiyməti avadanlığın özünün dəyərinin 20-30%-ni təşkil edir) Lazım gələrsə, mütəxəssisimiz quraşdırma və istismara vermə xərclərinin daha dəqiq hesablanması üçün sizin obyektinizə baş çəkə bilər.(Gedişin qiyməti obyektinizin Bakı şəhərindən olan məsafəsindən asılıdır. Bakı şəhəri daxili mütəxəssilərimizin ziyarəti pulsuzdur.)
3. Avadanlıqların quraşdırılması ilə bağlı bütün məqamları razılaşdırdıqdan sonra avadanlığın dəyərini bizə ödəyirsiniz, bundan sonra mütəxəssislərimiz aldığınız avadanlığı vaxtında quraşdırıb işə salacaqlar.
Avadanlıqların quraşdırılması üçün lazım olan bütün konstruksiyaların istehsalı da şirkətimizin mütəxəssisləri tərəfindən həyata keçirilir.
Azərbaycanın istənilən yerində quraşdırma mümkündür.
Yaşıl tarif - günəş, külək, su və bioyanacaq kimi alternativ, bərpa olunan enerji mənbələrindən istifadə
etməklə vaxt vahidi üçün istehsal olunan bir kilovat elektrik enerjisinin dəyəridir.
Belə istehsalı stimullaşdıran enerjitəchizatı təşkilatları ilə təmsil olunan dövlət artıq istehsal
olunan elektrik enerjisini xüsusi, "yaşıl tarif"lə alır.
Bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinin Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev tərəfindən prioritet vəzifə olaraq irəli sürüldüyü və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş
gücündə payının 30%-ə çatdırılmasının (hazırda 17% təşkil edir) hədəf kimi müəyyənləşdirildiyi nəzərə
alınmaqla bu istiqamətdə bir çox işlər görülür. Bu sahədə ilk normativ sənədə kimi "Elekrtik enerjisi
istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" qanun layihəsi hazırlanıb, müvafiq prosedurdan
sonra 31 may 2021-ci il tarixində Azərbaycanın Milli Məclisində üçüncü oxunuşda qəbul edilib. Qanunda sahənin
inkişafına özəl, o cümlədən xarici investisiyaların cəlbi istiqamətində mexanizmlər nəzərdə tutulub ki, bunlardan
biri bərpa olunan enerji hərraclarının təşkilidir. Bu istiqamətdə Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi
ilə "Azərbaycanda bərpa olunan enerji hərraclarının keçirilməsinə dəstək" layihəsi həyata keçirilir.
Azərbaycanın təbii iqlim şəraiti günəş enerjisindən istifadə etməklə elektrik və istilik enerjisinin istehsalını
artırmağa geniş imkanlar açır. Belə ki, günəşli saatların miqdarı il ərzində ABŞ-da və Orta Asiya ölkələrində 2500—3000 saat
Rusiyada 500-2000 saat, Azərbaycanda isə 2400—3200 saatdır.
Günəş enerjisindən istifadənin inkişafı Azərbaycanın bir çox rayonlarında enerji problemini qismən həll edə
bilər. Son zamanlar dünyanın bir sıra qabaqcıl dövlətlərində Fotovodtaik Proqramının (FVP) geniş şəkildə tətbiq olunmasına başlanmışdır.
Azərbaycanın bu Proqrama cəlb olunması regionda belə tip enerji sistemlərinin tətbiqində mühüm rol oynaya bilər.
Qeyd etmək lazımdır ki, günəş stansiyalarının effektivliyi ölkənin təbii iqlim şəraitindən və coğrafi mövqeyindən asılıdır.
Belə ki, bir il ərzində 1m2 yer səthinə düşən günəş enerjisinin miqdarı ABŞ-da 1500-2000 kVts, Rusiyada 800-1600 kVts,
Fransada 1200-1400 kVts, Çində 1800-2000 kVts və Azərbaycanda 1500-2000 kVts təşkil edir.
Göründüyü kimi, Azərbaycan ərazisinə düşən günəş şüalarının miqdarı digər ölkələrlə müqayisədə üstünlük
təşkil edir ki, bu da günəş enerjisindən istifadənin tətbiqinə sərmayələrin cəlb edilməsinin səmərəlilik
meyarlarından biri kimi qiymətləndirilə bilər.